Şenol Günəş "Neftçi"nin düşərgəsində

AÇ-2020-nin final mərhələsinin görüşləri ilə əlaqədar Bakıya səfər edən Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş, “Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena” ilə tanış olub.

Sportline.az xəbər verir ki, klub rəhbərliyi ilə görüşən türkiyəli mütəxəssisə xatirə hədiyyəsi olaraq "Neftçi” forması verilib.

Şenol Günəş isə Türkiyə milli komandasının imzalı formasını klub prezidenti Kamran Quliyevə təqdim edib.