Şenol Günəş seçim qarşısında

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Bakıya səfəri zamanı stadionlara və otellərə baxış keçirib.

Sportline.az xəbər verir ki, 67 yaşlı mütəxəssisin səfəri qısamüddətli olub.

O, Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, "Bakcell Arena" və "Dalğa Arena"ya baş çəkib, otellərlə tanış olub. Stadionları və otelləri bəyənən mütəxəssis seçimini yaxın vaxtlarda açıqlayacaq.

O, iki həftə sonra yenidən Bakıya qayıdacaq və Türkiyə millisinin AVRO-2020-nin oyunları zamanı harada məskunlaşacağına qərar verəcək.

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə  üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq.

Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək. AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.