"Şerif" - "Qarabağ" matçını necə izləyək?
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Şerif" - "Qarabağ" görüşü canlı yayımlanacaq. SportLine.az xəbər verir ki, Azərbaycan telekanalları oyunu təqdim edə bilməsə də, futbolsevərlər qarşılaşmanı izləyə bilərlər.
Belə ki, oyun Moldovanın STV telekanalı və moldfootball.com saytı vasitəsilə canlı təqdim olunacaq.
Xatırladaq ki, görüşün start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.