Şeşko üçün İngiltərədən təklif var

"Mançester Yunayted" klubu yeni hücumçu axtarışına çıxıb.

Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, "Leipziq"in sloveniyalı futbolçusu Benyamin Şeşko "Mançester Yunayted"in əsas transfer hədəfidir.

22 yaşlı futbolçunun dəyəri 70 milyon avrodur. O, ötən mövsümü 45 matçda 21 qol 6 asistlə tamamlayıb.

Qeyd edək ki, Şeşkonun "Leipziq"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.