Şeydayev axır ki, qərara gəldi

Milli komanda və “Sabah”ın hücumçusu Ramil Şeydayev Azərbaycan dilini öyrənməyə başlayıb.

Sportline.az xəbər verir ki, 24 yaşlı hücumçu bununla bağlı sosial şəbəkə hesabına paylaşım edib.

Şeydayev doğma dilini öyrənməkdə ona “Sabah” və millidəki komanda yoldaşı Təmkin Xəlilzadənin  kömək etdiyini bildirib. O, kitab-dəftər şəklini İnstaqram səhifəsinə yerləşirib və Təmkini müəllimi adlandırıb.

Xatırladaq ki, Rusiyada doğulub, böyüyən Şeydayev 2016-cı ildən Azərbaycan millisində çıxış edir.