Şeydayev "Jilina" ilə müqavilə imzaladı

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin "Jilina"ya keçidi rəsmiləşib. SportLine.az xəbər verir ki, müqaviləyə əsasən, futbolçu 2018-ci ilin iyun ayına kimi Slovakiya klubunun şərəfini qoruyacaq. 

Xatırladaq ki, R.Şeydayev ötən yay "Zenit"dən "Trabzonspor"a transfer edilmişdi.