Şeydayev Şamaxıda uşaqlarla futbol oynayıb

Millinin və "Sabah" klubunun hücumçusu Ramil Şeydayev Kürdəmirdən qayıdarkən Şamaxıda uşaqlarla futbol oynayıb.

Sportline.az xəbər verir ki, 23 yaşlı futbolçu sosial şəbəkədə bununla bağlı videolar yerləşdirib.

Ramil azyaşlı uşaqların onun kim olduğunu bilmədiklərini deyib: "Kürdəmirdən qayıdanda Şamaxıda uşaqlarla futbol oynadıq. Axırda məni tanıyıb-tanımadıqlarını soruşdum. Dedilər ki, hə, Rəşad Sadıqov".