Şeydayev yeni təklifləri nəzərdən keçirir
Milli komandamızın hücumçusu Ramil Şeydayev yeni təkliflər alıb. Sportline.az xəbər verir ki, bundan əvvəl Portuqaliya və Çexiya klublarından təklif alan 20 yaşlı futbolçu ilə Xorvatiya və Rusiya klubları da maraqlanır. Hazırda Antalyada toplanışda olan "Trabzonspor"un düşərgəsində məşq edən Şeydayev çox güman ki, qış fasiləsindən sonra yeni komandanın formasını geyinəcək.