Şeydayevin Hollandiya çempionatına gedişi alınmadı
Hollandiyanın "Qou Ehed İqls" klubu millimizin üzvü Ramil Şeydayevi mövsümün sonunadək icarəyə götürmək fikrindən daşınıb. Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yüksək liqa təmsilçisi futbolçunun yarım llik məvacibi olan 210 000 avronu ödəməkdən imtina etdiyindən anlaşma baş tutmayıb. Şeydayev hazırda "Trabzonspor"un düşərgəsindədir.