"Şeydayevin "Jilina"ya mümkün qədər tez qoşulmasına çox şadıq" - Adrian Qulya

“Ramil “Trabzonspor”da oyun təcrübəsindən əziyyət çəksə də, o, bir neçə klubun diqqət mərkəzində idi”.

SportLine.az xəbər verir ki, bu sözləri Slovakiyanın “Jilina” klubunun baş məşqçisi Adrian Qulya deyib.

Klubun rəsmi saytına verdiyi açıqlamasında, o, Şeydayevin keçidinin komandaya xeyirli olacağını bildirib:

“Şeydayevlə bir müddətdir maraqlanırdıq. Gənc və perspektivli oyunçularla çalışma fəlsəfəmizə uyğun olaraq, onu komandamıza götürdük. Şeydayevin "Jilina"ya mümkün qədər tez qoşulmasına çox şadıq. Əməkdaşlığa başlayacağımız günü səbirsizliklə gözləyirik".

Xatırladaq ki, R.Şeydayev ötən yay "Zenit"dən "Trabzonspor"a transfer olunan Şeydayev “Jilina”da 2018-ci ilin iyun ayına qədər icarə əsasında çıxış edəcək.