Şeydayevin klubu yenə Rusiyaya üz tutub

Millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" Rusiya Premyer Liqasında çıxış edən futbolçulara "elçi düşüb". Sportline.az xəbər verir ki, "qara dənizlilər" "Spartak"ın yarımmüdafiəçisi İvelin Popovla "Terek"in yarımmüdafiəçisi Oleq İvanovu icarəyə götürmək niyyətindədirlər. Qeyd edək ki, Popov  Premyer Liqanın cari mövsümündə keçirdiyi 12 oyunda 2 qol vurub. İvanovda isə, bu göstərici 14 oyuna 1 qoldur.