Şimali İrlandiya millimizlə oyuna bu heyətlə hazırlaşacaq
Şimali İrlandiya seçməsinin millimizlə iyunun 10-da keçirəcəyi dünya çempionatının təsnifat matçı üçün təlim-məşq toplanışına çağırılan futbolçuların adları məlumdur. Sportline.az xəbər verir ki, britaniyalıların baş məşqçisi Maykl Onil toplanışa 18 futbolçu dəvət edib:
Qapıçılar: Roy Kerroll ("Linfild"), Maykl Makqovern ("Norviç", İngiltərə), Konor Hazard ("Seltik");
Müdafiəçilər: Konor Mitçell ("Börnli", İngiltərə), Konor Maklaflin ("Flitvud Taun", İngiltərə), Oliver Norvud ("Brayton", İngiltərə), Metti Land ("Roçdeyl", İngiltərə), , Tom Flanaqan ("Berton Albion", İngiltərə), Rayan Maklaflin ("Oldhem Atletik", İngiltərə), Daniel Lafferti ("Şeffild Yunayted", İngiltərə)
Yarımmüdafiəçilər: Stüart Dallas ("Lids", İngiltərə), Ceymi Uord ("Nottingem Forest", İngiltərə), Kollum Kamps ("Roçdeyl", İngiltərə), Adam Tompson ("Sauzend Yunayted", İngiltərə),
Hücumçular: Kayl Lafferti ("Norviç Siti, İngiltərə), Coş Magennis ("Çarlton", İngiltərə), Lük Makkallox ("Donkaster Rovers", İngiltərə), Şey Makkartan ("Akkrinqton Stenli", İngiltərə)
Xatırladaq ki, Azərbaycan-Şimali İrlandiya görüşü iynin 10-da keçiriləcək.