Şimali İrlandiya millisinə daha iki futbolçu cəlb olundu
DÇ-2018-in təsnifat mərhələsində Azərbaycanla qarşılaşacaq Şimali İrlandiya seçməsinin heyətində dəyişiklik edilib. SportLine.az xəbər verir ki, baş məşqçi Maykl Onil daha iki futbolçunu düşərgəyə dəvət edib.
Şotlandiyanın “Kilmarnok” klubunun üzvü Cordan Cons və İngiltərənin “Lids Yunayted” komandasının oyunçusu Beyli Pikok-Farrel də heyətə çağrılıb.
Onlardan heç biri indiyədək milli formanı geyinməyiblər.
Qeyd edək ki, Şimali İrlandiya seçməsi iyunun 2-də Yeni Zellandiya ilə yoxlama matçında qüvvəsini sınayacaq. 8 gün sonra isə Bakıda Azərbaycan millisinin qonağı olacaq.