Şimali Koreya Qış Olimpiya Oyunlarından imtina edib

Koreya Xalq Demokratik Respublikası (KXDR) Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakdan imtina edib.

Sportline.az xəbər verir ki, yerli Olimpiya Komitəsi "düşmən qüvvələr" və koronavirus pandemiyası səbəbindən yarışa qatılmayacaqlarını açıqlayıb.

KXDR buna baxmayaraq olimpiadanın Təşkilat Komitəsini tam dəstəklədiklərini bəyan edib. 

Qeyd edək ki, Pekin-2022 4 - 20 fevralda keçiriləcək. Hələlik olimpiadaya Azərbaycan fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova lisenziya qazanıb.