Şimali makedoniyalı futbolçunun "Trabzonspor"dakı gələcəyi bəlli olub

"Hatayspor"un transfer etmək istədiyi Enis Bardi "Trabzonspor"da qalacaq.

Sportline.az Fanatik.com-a istinadla xəbər verir ki, Qara dəniz klubu 29 yaşlı futbolçu üçün gələn təklifləri rədd edib. 

"Hatayspor"un baş məşqçisi Rıza Çalımbay oyunçu ilə şəxsən görüşsə də, Bardi komandadan ayrılmayacağını bildirib.

2022-ci ildən "Trabzonspor"da çıxış edən Enis Bardi meydana çıxdığı 91 oyunda 14 qol və 6 asistlik performans göstərib.