Şlotterberq Avropa nəhənglərinin radarındadır

"Borussiya Dortmund"un mərkəz müdafiəçisi Niko Şlotterberq Avropa nəhənglərinin transfer hədəfinə çevrilib.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid", "Liverpul" və "Bavariya" 25 yaşlı stopperi heyətinə qatmaq üçün hərəkətə keçib.

N.Şlotterberqin transfer qiyməti 50 milyon avrodur. 

Qeyd edək ki, "Bavariya" almaniyalı futbolçuya illik 14 milyon avro maaş təklif etməyi planlaşdırır.