ŞOK İDDİA: Türkiyəli futbolçular və Şenol Günəş arasında gərgin mübahisə
Türkiyə millisi Avropa çempionatında qrupun sonuncu matçında da məğlub olaraq turnirlə vidalaşıb.
Sportline.az xəbər verir ki, Türkiyənin məşhur idman jurnalisti Ertem Şenerin iddiasına görə Bakıda Türkiyə millisinin qaldığı oteldə futbolçular, məşqçilər heyəti və Şenol Günəş arasında gərgin anlar yaşanıb. İddialara görə "Qalatasaray"lı futbolçular Günəşə etiraz edərək, "Bizi Fatih Terimin oyunçularıyıq deyə meydana çıxmağa qoymursan" deyiblər.
Hətta iddialara görə futbolçulardan biri Şenola "Sən "Fənərbağça" düşmənisən" deyib. Türkiyəli mütəxəssis isə "Hə, eləyəm, nə olsun?!" deyə cavab verib.
Daha sonra texniki heyətdən bir nəfər millini daşıyan avtobusun üzərinə "Fənərbağça" düşməni Şenol Günəş" yazısını yapışdırıb.