"Ştutqart" - "Hamburq": Mükəmməl geri dönüş

Almaniyanın 2-ci liqasının 28-ci turunda “Ştutqart” komandası “Hamburq”u qəbul edib.

Sportline.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində qonaqlar daha yaxşı oynayıblar. 16-cı dəqiqədə meydan sahibləri qapılarında top görüblər. Yoel Pohyanpalo hesabı açıb.

Fasilə ərəfəsində isə Aron Hant fərqi 2 topa çatdırıb. İkinci yarıda təşəbbüsə yiyələnən “Ştutqart” 47-ci dəqiqədə Vataru Endo ilə qollardan birinin əvəzini çıxıb. Çox keçmədən Nikolas Qonsales hesabı bərabərləşdirib. 2-2. Hücumlarını davam etdirən meydan sahibləri ikinci hissəyə əlavə edilən 2-ci dəqiqədə qələbə qolunu vurmağı bacarıblar. Qonsalo Kastro komandasına 3 xal qazandırıb.

Beləliklə, xallarını 48-ə yüksəldən “Ştutqart” 2-ci pilləyə qalxıb. Ondan 2 xal az toplayan “Hamburq” isə ilk 3-lüyü tamamlayır. 53 xalı olan Bilefeld komandası liderliyini davam etdirir. Heyətində millimizin üzvü Dmitri Nazarovun da mübarizə apardığı “Aue” kollektivi isə 38 xalla 7-ci yerdədir.