"Ştutqart" "Porto"ya qarşı

UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start verilir.

Sportline.az xəbər verir ki, "Ştutqart" öz meydanında "Porto" ilə qarşılaşacaq.

Heyətlərə nəzər saldıqda Almaniya klubunda Coşa Vaqnoman, Castin Diel, Dan-Aksel Zaqadu və Lazar Yovanoviç zədəlidir.

Portuqaliya təmsilçisində Martim Fernandes, Nehuen Perez, Luk De Yonq və Samuel Aqhehova görüşün iştirak ərzəsində yer almayıb.

Qeyd edək ki, "Ştutqart" - "Porto" bu gün Bakı vaxtı ilə saat 21:45-də başlanacaq. Qarşılaşmada söz sahibi litvalı hakim Donatas Rumsas olacaq.