Şuşada keçirilən şahmat turnirinin qalibi bu gün bəlli olacaq
Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bu gün bəlli olacaq.
Sportline.az xəbər verir ki, 8 qrossmeyster bu dəfə blits növündə mübarizə aparacaq.
14 turdan sonra xatirə turnirinin qalibi müəyyənləşəcək.
Rapid yarışından sonra Yan Nepomnyaşi (FIDE) 10 xalla liderdir.
Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarov (9 xal) ikinci pillədə qərarlaşıb. Özbəkistanlı Nodirbek Abdusattorov ilə Vladislav Artemyev (FİDE) hərəyə 8 xalla 3-4-cü, macar Riçard Rapportla Aydın Süleymanlı (hər ikisi 6 xal) 5-6-cı yerləri bölüşdürürlər. Hindistanlı Aravind Çitambaram 5 xalla 7-ci, Rauf Məmmədov isə 4 xalla 8-ci sıradadır.
Qeyd edək ki, sonuncu turdan sonra bağlanış mərasimi baş tutacaq.