Silvio Berluskoni əməliyyat olundu

"Milan"ın sabiq prezidenti Silvio Berluskoninin səhhətində problem yaranıb.  

Sportline.az xəbər verir ki, 82 yaşlı italiyalı bağırsaq keçməzliyindən əziyyət çəkirmiş.

Əməlliyat olunan Berluskoninin yaxın günlərdə ayağa qalxacağı bildirilir.

Qeyd edək ki, 1986-2017-ci illərdə "Milan"ın sahibi olan Silvio Berluskoni, klubu çinli səhmdarlara təhvil verib.