Simeoneni gözləyən cəza
Madrid "Atletiko"sunun baş məşqçisi Diyeqo Simeoneni cəza gözləyir. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, buna argentinalı mütəxəssisin La Liqa çərçivəsində "Vilyarreal"a qarşı oyunda hakimə etdiyi kobud hərəkət səbəb olub.
Əllərini hakimin çiyninə qoyaraq ona qışqıran mütəxəssis Nizamnamənin üç maddəsini pozub. Buna görə, D.Simeone ən azı 6 oyunda komandasının yanında ola bilməyəcək. Nizamnamənin tələblərinə görə, baş məşqçinin, hətta 15 oyunluq cəzalandırılma ehtimalı var.
La Liqa rəhbərliyi son qərarı aprelin 28-də qəbul edəcək. “Atletiko” isə istənilən qərara qarşı apelyasiya şikayəti verməyə hazırlaşır.