"Sivasspor" daha bir əcnəbini heyətinə qatıb

"Sivasspor" 30 yaşlı serbiyalı müdafiəçi Uroş Radakoviçi heyətinə qatdığını açıqlayıb.

Sportline.az Sivas klubunun rəsmi saytına istinadla xəbər verir ki, futbolçu ilə 2 illik müqavilə imzalanıb.

1994-cü ildə Serbiyada dünyaya gələn Radakoviç "Srvena Zvezda" klubunun yetirməsidir.

Karyerası ərzində "Bolonya", "Sparta Praqa", "Astana" və "Orenburq" kimi klubların formasını geyinən müdafiəçi son futbol mövsümünü "Ankaragücü'ndə keçirib.

Qeyd edək ki, paytaxt klubunun heyətində 40 oyuna çıxan Radakoviç bu görüşlədə 2 qol və 1 asistlə yadda qalıb.