"Sivasspor" fransalı futbolçunun müqaviləsini uzadıb
Super Liqa klublarından "Sivasspor" müqaviləsi başa çatan Fode Koita ilə yenidən razılığa gəlib.
Sportline.az Trtspor.com-a xəbər verir ki, 33 yaşlı futbolçu daha 1 il Türkiyə təmsilçisinin uğurları üçün çalışacaq.
Ötən mövsüm 27 oyunda iştirak edən Koita 9 qola imza atıb.
Qeyd edək ki, təcrübəli hücumçu daha əvvəl "Kasımpaşa", "Trabzonspor" və "Monpelye" kimi klubların şərəfini qoruyub.
O, 2011/2012 mövsümündə "Monpelye"nin heyətində Fransa çempionu, 2021/2022 mövsümündə isə "Trabzonspor"un heyətində Türkiyə çempionu olub.