Sobozlayi İspaniya nəhənginə keçə bilər

"Liverpul"un yarımmüdafiəçisi Dominik Sobozlayi İspaniya nəhənginin transfer hədəfinə çevrilib.

Sportline.az "Hir Tv"yə istinadən xəbər verir ki, "Real Madrid"in rəhbərliyi 25 yaşlı futbolçunun oyununu çox bəyənir.

Madrid təmsilçisi bu keçid üçün qarşə tərəfə 90 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Sobozlayi cari mövsüm meydana çıxdığı 16 matçda 2 qol, 5 asistlə yadda qalıb.