Sofyan Ambrabat: “Arzumuz Avropa Liqasını qazanmaqdır”

“Fənərbağça”nın bu yay “Fiorentina”dan tranfer etdiyi mərakeşli futbolçu Sofyan Ambrabat mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, 28 yaşlı müdafiəçi komandasının bu mövsüm uğurlu çıxış edəcəyinə inanır. Klubla bir çox kubok qazanmaq istədiyini bildirən Amrabat bu fikirləri səsləndirib.

“Mən həmişə özüm üçün maksimum şəkildə meydanda güc qoyub qələbə qazanmağı hədəfim halına çevirmişəm. Media qarşısında dediklərimə diqqət etməliyəm, amma təbii ki, arzumuz bu turnirdə qalib olmaqdır. Ancaq bunu qazanmaq çox çalışmalıyıq. Biz “Fənərbağça”yıq və hər matçda qalib gəlmək istəyirik. Biz kuboklar qazanmağı ümid edirik. Futbolda ən yaxşı şey kuboklar qazanmaqdır" deyə Amrabat Avropa Liqası matçından əvvəl bildirib.

Qeyd edək ki, Amrabat daha öncə “Utrext”, ”Verona”,”Fiorentina” və “Mançester Yunayted” kimi klublarda çıxış edib.