Sörlot karyerasını İngiltərədə davam etdirə bilər
"Nyukasl Yunayted" "Atletiko Madrid"in norveçli forvardı Aleksander Sörlotu transfer etmək üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda "Marca" nəşri məlumat yayıb.
29 yaşlı forvard bu mövsüm çıxış etdiyi 14 matçda 2 qolla yadda qalıb.
Sörlotun dəyəri 25 milyon avrodur.
Qeyd edək ki, sözügedən futbolçunun Madrid klubu ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.