"Spartak" fanatları Səmədova deyiblər ki...
Moskva "Spartak"ının yarımmüdafiəçisi Aleksandr Səmədovun işləri qaydasında gedir. Sportline.az xəbər verir ki, Azərbaycan əsilli futbolçu sport-expressə müsahibəsində "Zenit"ə vurduğu qələbə qolu ilə bağlı fikirlərini bölüşüb. Oyundan sonra azarkeşlərlə ünsiyyətindən də danışan Səmədov "maraqlıdır onlar sizə nə dedi" sualını belə cavablandırıb": "Çox sağol ki, qayıtdın dedilər. Azarkeşlərdən belə sözləri eşitmək olduqca xoşdur. Belə qarşılandığım üçün hədsiz sevincliyəm"