"Spartak"da yeni futbolçu

Rusiyanın "Spartak" klubu "Krılya Sovetov"dan icarəyə götürdüyü Aleksandr Sobolevi transfer edib.

Sportline.az xəbər verir ki, klub saytı müqavilənin şərtləri barədə açıqlama verməyib.

"Qırmızı-ağlar" 23 yaşlı hücumçunu qış fasiləsində icarəyə götürmüşdü. Rus futbolçu bu mövsüm Premyer Liqada keçirdiyi 21 oyunda 10 qol vurub, 4 assist edib.