"Sperantsa" - "Neftçi" oyunu canlı yayımda

"Neftçi"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsində iyulun 11-də Moldovanın "Sperantsa" klubu ilə keçirəcəyi səfər oyunu canlı yayımlanacaq.

Sportline.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlanacaq matç "CBC Sport"un canlı efirində olacaq. 

Qeyd edək ki, "Neftçi"nin oyunu ilə əlaqədar həmin gün saat 20:00-da start götürəcək "Səbail" - "Universitatya Krayova" görüşü "CBC İnternational TV"də yayımlanacaq.