"Sportinq" bu futbolçuya görə 50 milyon avro tələb edir

"Sportinq" afrikalı futbolçusu Osman Diomandenin transfer qiymətini açıqlayıb.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, Portuqaliya klubu O.Diomande üçün 50 milyon avro tələb edir.

"Çelsi" və "Arsenal" 21 yaşlı futbolçu ilə yaxından maraqlanır.

Qeyd edək ki, Diomandenin "Sportinq"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

O bu mövsüm çıxış etdiyi 36 matçda rəqib qapılarından 2 top keçirib.