"Sportinq" bu futbolçuya görə 50 milyon avro tələb edir

"Sportinq" 26 yaşlı yarımmüdafiəçisi Morten Hyulmand üçün 50 milyon avro tələb edir.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, "Mançester Yunayted", "Tottenhem" və "Mançester Siti" M.Hyulmanddın xidmətində maraqlıdır.

Qeyd edək ki, Danimarka millisinin üzvü bu mövsüm meydana çıxdığı 14 matçda 1 qolla yadda qalıb.