“Sportinq”i “Mançester Yunayted”ə dəyişə bilər
“Mançester Yunayted” klubu “Sportinq”in portuqaliyalı futbolçusu Covanni Kuendanı transfer etmək üçün hərəkətə keçib.
Sportline.az “ManUtdNews” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted”in rəhbərliyi Covanni Kuenda üçün “Sportinq”ə 20 milyon avro ödəməyə hazırdır.
İngiltərə klubunun rəsmiləri oyunçunun meneceri ilə danışıqlara başlayıb.
Transfer yanvar ayında reallaşacaq.
Qeyd edək ki, Covanni Kuendanın “Sportinq”lə müqaviləsi 2027-ci ilin iyun ayında başa çatacaq.