"Sportinq"in futbolçusu "Mançester Siti"nin radarındadır

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Sportinq"in portuqaliyalı futbolçusu Fransisko Trinkaonun transferini rəhbərliktən tələb edib.

Sportline.az "TBR Football" nəşrinə istinadən xəbər verir ki, "Sportinq" Trinkao üçün 40 milyon avro tələb edir.

25 yaşlı yarımmüdafiəçinin Portuqaliya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Trinkao bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 9 qol və 14 asistlə yadda qalıb.