Stamenkoviçin "Neftçi" sevgisi
Serbiyalı qolkiper Saşa Stamenkoviçin "Neftçi" sevgisi tükənmir. Sportline.az xəbər verir ki, Qazaxıstan "Okjetpes"inin şərəfini qoruyan futbolçu komandanın son məşqlərindən birinə "Neftçi"nin formasında çıxıb. Onun bu hərəkəti Qazaxıstan mediasının diqqətindən də yayınmayıb. Həmkarlarımız Stamenkoviçi "ağ-qaralılar"ın aşkar fanatı adlandırıblar.