Stanimir Stoilov:Bu mövsüm Avrokuboklar uğrunda mübarizə aparacağıq
Türkiyə Super Liqasının yeni komandalarından "Göztepe"nin baş məşqçisi Stanimir Stoilov 2024-2025 mövsümü haqqında danışıb.
Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, bolqarıstanlı mütəxəssis növbəti mövsüm tək hədəflərinin Avrokuboklara qatılmaq olduğunu bildirib.
"Bu mövsüm mütləq şəkildə Avrokuboklara getmək üçün mübarizə aparacağıq.Bunun üçün çox çalışmalıyıq.Mən Avropa üçün daha bir yay gözləyə bilmərəm" deyə 57 yaşlı mütəxəssis bildirib.
Qeyd edək ki, İzmir təmsilçisi ötən mövsüm Türkiyə birici liqasını 70 xalla 2-ci yerdə tamamlamış və elitaya vəsiqə qazanmışdı.