Stefan Orteqadan sərt açıqlama

“Mançester Siti”nin almaniyalı qapıçısı Stefan Orteqa sərt açıqlaması ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, Stefan Orteqa baş məşqçisi Pep Qvardiolanın “Liverpul” azarkeşlərinə göstərdiyi “6 Premyer Liqa” kuboku işarəsinə münasibət bildirib:

“Mənə Liverpulun İngiltərənin ən yaxşı hissəsi olmadığını söyləmişdilər. Bu sözləri boş yerə deməyiblər. Düşünürəm ki, baş məşqçimiz çox yaxşı cavab verdi. Onlar buna laiq idilər”.

Qeyd edək ki, “Mançester Siti” səfərdə “Liverpul”a 0:2 hesabı ilə məğlub olub.