Sterlinq "Çelsi"dən ayrılacaq

Ötən mövsümü "Arsenal"da icarə əsasında keçirən ingiltərəli futbolçu Rahim Sterlinqin bu yay "Çelsi"dən ayrılacağı dəqiqləşib.

Sportline.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, "zadəganlar" 30 yaşlı futbolçunu 20 milyon avro qarşılığında satmağa hazırdır.

Rahim Sterlinq "Çelsi"də xoşbəxt olmadığını açıqlayıb. Bu səbəbdən bu yay klubdan ayrılmaq niyyətindədir.

Qeyd edək ki, təcrübəli futbolçu karyerası ərzində daha əvvəl "Quens Park Rencers", "Liverpul" və "Mançester Siti" kimi klublardada çıxış edib.