Sterlinqin yeni dayanacağı İtaliya ola bilər

"Çelsi"dən azad agent kimi ayrılan Rahim Sterlinq "Napoli"nin maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, bu haqda "The Sun Football" nəşri məlumat yayıb.

31 yaşlı oyunçu ötən mövsümü "Arsenal"da icarə əsasında keçirib.

Qeyd edək ki, Sterlinq karyerası ərzində meydana çıxdığı 599 matçda 182 qol, 133 asistlə yadda qalıb.