Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçirilir
Bu gün veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib.
Sportline.az ASTF-yə istinadla xəbər verir ki, “Şüa” idman kompleksində təşkil olunan yarışda Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Tovuz və Gədəbəydən ümumilikdə 60-a yaxın usta idmançı bacarığını göstərir.
Budəfəki çempionatda kişilər 4, qadınlar 1 yaş qrupunda mübarizə aparırlar.
İdmançılar həm, şəxsi, həm də qoşa yarışlarda qalib və mükafatçıları müəyyənləşdirəcəklər.
Çempionatın final görüşləri sabah keçiriləcək.
Fərqlənən iştirakçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq.