Stolüstü tennisçilər Afrikaya yollanıblar

Stolüstü tennis üzrə seçmə komanda daha bir beynəlxalq yarışda mübarizə aparacaq.

Sportline.az xəbər verir ki, söhbət dünya seriyalı “WTT Youth Contender” turnirindən gedir. Əlcəzairin paytaxtı Əlcəzair şəhərində təşkil olunan yarışda 8 idmançı bacarığını göstərəcək.

Məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Xədicə Əbilzadə, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Arzu Aslanova və Yağmur Məmmədli bu gün Afrikaya yollanıb.

Qeyd edək ki,sabah start veriləcək yarışa martın 2-də yekun vurulacaq.