Stolüstü tennisçilər III MDB Oyunlarında növbəti mükafatları qazanıblar

Stolüstü tennişçilər III MDB Oyunlarında növbəti mükafatları qazanıblar

Sportline.az xəbər verir ki, stolüstü tennişçilər Onur Quluzadə ilə Adil Əhmədzadə bu gün III MDB Oyunlarının qoşa yarışlarının final matçına çıxıblar.

Həlledici görüşdə rusiyalı İvan Zaytsau - Aleksey Rabuşka cütü ilə qarşılaşan idmançılarımız 0-3 hesabı ilə uduzaraq gümüş mükafata layiq görülüblər.

Qarışıq-qoşa yarışlarda bacarığını göstərən Onur Quluzadə-Mərziyyə Nurmətova cütü və qoşa yarışlarda mübarizə aparan Aylin Əsgərova-Yağmur Məmmədli tandemi üçuncü yeri tutub.

Qeyd edək ki, bu, stolüstü tennisçilərin III MDB Oyunlarında qazandıqları 6-cı mükafatdır.

Bunadək, qızlardan və oğlanlardan ibarət kollektivlər komanda yarışlarında ikinci yeri tutub.

Yağmur Məmmədli isə 14 yaşlılar arasında bürünc medal qazanıb. Sabah 3 idmançımız - Adil Əhmədzadə, Onur Quluzadə və Mərziyyə Nurmətova şəxsi yarışların final görüşunə çıxacaq.