Stolüstü tennisçilərimiz Fransaya yollanıblar

Yeniyetmə stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Fransada təşkil olunacaq növbəti təlim-məşq toplanışına qatılacaqlar.

Sportline.az xəbər verir ki, seçmə komandamızın üzvləri bu gün baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Strasburq şəhərinə yola düşüblər. İdmançılarımız avqustun 15-dən 22-dək Avropanın ən istedadlı stolüstü tennisçilərinin dəvət aldığı  “EUROTALETS” topanışında iştirak edəcəklər.

Onur Quluzadə ilə Yağmur Məmmədli bu toplanışın ardınca avqustun 23-də Fransanın Şiltiqheym şəhərində start veriləcək “Euro Mini Champs” yarışında bacarığını göstərəcək.

Xatırladaq ki, hər iki idmançı iyulun 25-dən avqustun 12-dək Çinin Şanxay şəhərinin stolüstü tennis mərkəzində təşkil olunan hazırlıq prosesinə qatılmışdı.