Su İdmanı Sarayının gimnastları Bakıda böyük coşqu ilə qarşılandı
Moldovanın Kişinyov şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir başa çatıb.
Sportline.az xəbər verir ki, bu turnirdə ölkəmizi layiqincə təmsil edən Su İdmanı Sarayının gimnastika komandası Vətənə qayıdıb. Komandamız Heydər Əliyev Beynəlxalq Hava Limanında böyük coşqu ilə qarşılanıb. Onları qarşılayanlar arasında Su İdmanı Sarayının maskotu da olub və balaca gimnastlara əyləncəli anlar yaşadıb.
Qeyd edək ki, gimnastlarımızdan Elissa Əliyeva, Banu Əliyeva, Mədinə Ağaverdiyeva, Məryəm Quliyeva, Əminə Sadıxova, Aynel Məmmədli, Melis Soltanova, Laya Axundzadə qızıl medal qazanıb. Məleykə Bayramova və Sedef Koçyiğit isə gümüş medal əldə edib.