Su İdmanı Sarayının gimnastlarından yüksək nəticə

Ölkəmizdə bədii gimnastika üzrə 2-ci beynəlxalq "Ocaq kuboku" təşkil olunub.

Sportline.az xəbər verir ki, noyabrın 10-dan 12-dək keçirilən beynəlxalq yarışda yerli və xarici ölkələrdən olan 44 klubun 350-yə yaxın gimnastı medallar uğrunda mübarizə aparıb.

Beynəxalq yarışda Su İdmanı Sarayının gimnastları yüksək nəticə göstəriblər. Onlar 15 medal əldə ediblər. Bunlardan 5-i qızıl, 8-i gümüş, 2-si bürünc medaldır.