"Sumqayıt" azarkeşlərinə şad xəbər: Stadionun təmiri yekunlaşdı

"Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təmir işləri başa çatıb".

Bunu Sportline.az saytına açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev bildirib. Stadionun yaxın zamanda istifadəyə verilməsi gözlənilir. 

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.