"Sumqayıt" da albanlara təslim oldu

Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" ilk yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, "kimyaçılar" Albaniyanın "Şkenderbeu" klubu ilə üz-üzə gəlib. Qarşılaşma Albaniya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:1.

"Sumqayıt"ın təsəlli qoluna Mirabdulla Abbasov imza atıb.

Qeyd edək ki, bu gün keçirilən başqa bir yoxlama görüşündə "Qəbələ" Albaniyanın "Partizani" klubuna uduzub.

Banner