“Sumqayıt” hazırlıqlara başladı

“Sumqayıt” 13 günlük istirahəti başa vuraraq Premyer Liqanın 3-cü dövrəsi üçün hazırlığa start verib. SportLine.az-ın klubun saytına istinadən məlumatına görə, komanda bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında 2017-ci ildə Sumqayıtda ilk məşqini keçirib.

Məşq dənizkənarında qaçışla kifayətlənib. Komandanın üzvü Süleyman Əhmədov U-19 millisinin heyətində yer aldığı üçün hazırlıq prosesinə nisbətən gec qoşulacaq. Bundan başqa, baş məşqçi əvəzedici komandanın 3 futbolçusu - Xaliq İbrahimov, Ülvi Süleymanov və Tural Bayramlını əsas heyətə cəlb edib. “Sumqayıt”ın növbəti məşqi sabah saat 11:00-da Sumqayıtda olacaq.

Banner