“Sumqayıt” itkilərlə hazırlaşır
Premyer Liqanın II yarısına 1 xalla başlayan "Sumqayıt" növbəti tur üçün məşqlərini davam etdirir. SportLine.az klubun saytına istinadən xəbər verir ki, komanda bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında "İnter"lə oyunun hazırlığı üçün növbəti məşqini keçirib.
Daha çox taktiki gedişlər üzərində çalışan komanda məşqin sonunu ikitərəfli oyunla yekunlaşdırıb. Bərpa prosesi keçən Mikayıl Rəhimov və zədəli olan Vaquf Güləliyev hazırlığa qatılmayıb.
Qeyd edək ki, fevralın 4-də keçiriləcək “Sumqayıt” – “İnter” matçı saat 16:30-da start götürəcək.