"Sumqayıt" millinin üzvü ilə müqavilə bağladı
2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" klubu daha bir futbolçusu ilə müqavilə müddətini artırıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mərkəz müdafiəçisi Höccət Haqverdi daha 2 mövsüm komandanın formasını geyinəcək.
Qeyd edək ki, Höccət Haqverdi ötən mövsüm 15 oyunda meydana çıxıb. O, həmçinin Azərbaycan millisinin son təlim-məşq toplanışında Belarus və Moldova ilə keçirdiyi oyunlarda da çıxış edib.